Qurban Qurbanov: "Futbolçularla çox məsələni danışmalıyıq”

Topaz Premyer Liqasının XXVIII turunda keçirilən “Bakı” – “Qarabağ” oyunu 1-1 hesabı ilə başa çatdı.
Newsport.az-ın məlumatına görə,"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov matçdan sonra fikirlərini bildirib :“Oyunda qol epizodlarımız oldu. Amma yorğunluq hiss olunurdu. Matça yaxşı hazırlaşa bilməmişdik. “Bakı” bu gün bizdən xal aldı. Futbolçuların üzərinə çox getmək istəmirəm. Matçın gedişində hər şey görünürdü. Futbolçularım düzgün düşünə bilmirdi. İndi əsas məqsəd oyunçuları yaxşı vəziyyətə gətirməliyik.

Hücumda müəyyən problemlərimiz var. İstədiyimiz dəyişiklikləri edə bilmirik. Sizinlə danışmalı çox məsələ yoxdur. Futbolçularla isə çox məsələni danışmalıyıq”.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right