Bu gün Azərbaycan Premyer Liqasında 28-ci turun oyunları keçiriləcək.
Newsport.az-ın məlumatına görə, turun bütün oyunları eyni gündə baş tutacaq.
Premyer Liqanın lideri "Qarabağ" çempionatın autsayderi "Bakı"nın qonağı olacaq. Ağdam təmsilçisi bu görüşün əsas favoriti hesab olunur.
Turun maraq doğuran oyunlarından biri Zaqatalada keçiriləcək. Burada yerli "Simurq" "Neftçi"ni sınağa çəkəcək. Son turlar uğurlu oyunu ilə diqqət çəkən "Qəbələ" Bakıda AZAL-ın qonağı olacaq. Hər üç matç saat 17:00-da başlayacaq.
Turun son görüşündə "İnter" və "Xəzər Lənkəran" münasibətlərinə aydınlıq gətirəcək. Çempionluq uğrunda mübarizə aparan "İnter" meydandan 3 xalla ayrılmağa çalışacaq. "Xəzər Lənkəran" buna nə dərəcədə imkan verəcəyi maraqla gözlənilir. Bu matçın start fiti saat 18:00-da veriləcək.
5 aprel (bazar)
Azərbaycan Premyer Liqası, 28-ci tur
17:00. “Bakı” – “Qarabağ” - 1:1
Qol: Reynaldo, 26 (0:1), Nurlan Novruzov, 39-pen. (1:1)
Hakimlər: Fariz Yusifov, Vüsal Qənbərov, İsgəndər Əliyev, Etibar Həsənov
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu, 15:00
“Bakı”: 12. Elxan Əhmədov 2. Nicat Əsgərov 5. Georgios Pelagias 6. Vüqar Bəybalayev 10. Nurlan Novruzov (k) 19. Eltun Hüseynov 55. Aydın Mustafazadə 11. Tural Qürbətov 56. Qeyrət Əliyev 77. Ramazan Abbasov 99. Kamil Nurəhmədov
“Qarabağ”: 13. İbrahim Şehiç7. Namiq Yusifov 9. Reynaldo 10. Muarem Muarem 14. Rəşad Sadıqov (k) 17. Vüqar Nadirov 18. İlqar Qurbanov 25. Ansi Aqolli 41. Leroy Corc 55. Bədavi Hüseynov 77. Cavid Tağıyev
17:00. “Simurq” – “Neftçi” - 0:1
Qırmızı vərəqə: Karlos Karodozo, 72 ("Neftçi")
Qol: Nikolas Kanales, 82
Hakimlər: İnqilab Məmmədov, Nahid Əliyev, Elşən Acalov, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev
Zaqatala şəhər stadionu.
"Simurq”: 1. Pavel Kapsa 2. İlkin Qırtımov (k) 4. Xuan Alberto 10. Rəşad Eyubov 14. Vüqar Mustafayev 15. Stepan Polyak 18. Tural Axundov 20. İdan Vaytsman 22. Cihan Özkara 26. Benjamin Lambot 88. Marko Stanoyeviç
"Neftçi”: 1. Aqil Məmmədov 2. Karlos Kardozo 5. Elvin Yunuszadə 7. Araz Abdullayev 10. Julius Vobay 11. Nikolas Kanales 15. Erik Ramos 16. Əziz Quliyev 18. Kaue da Silva 19. Mirhüseyn Seyidov (k) 21. Samir Məsimov
17:00. AZAL – “Qəbələ” - 0:4
Qollar: Cavid Hüseynov, 24 (0:1), Viktor Mendi, 26 (0:2), Cavid Hüseynov, 41 (0:3)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Munis Abdullayev
AZAL Arena, 17:00
AZAL: 1. Ruslan Məcidov 4. Laşa Kasradze 15. Oskars Klava 21. Novruz Məmmədov (k) 13. Şəhriyar Rəhimov 3. Xuan Fransisko 7. Təmkin Xəlilzadə 8. Seymur Əsədov 17. Viktor İqbekoyi 20. Freddi Mombonqo 25. Valeriy Kutsenko
"Qəbələ”: 22. Dmitri Bezotosnı 4. Elvin Camalov 9. Viktor Mendi 14. Cavid Hüseynov 15. Ruslan Abışov (k) 18. Ruslan Fomin 19. Aleksey Qay 20. Rikardinyo 27. Bəxtiyar Soltanov 34. Ürfan Abbasov 44. Rafael Santos
18:00. “İnter” – “Xəzər Lənkəran”
18:00. “İnter” – “Xəzər Lənkəran” - 2:0
Qol: Meza Kolli 54, Stankoviç 77
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Kamran Bayramov, Xəlil Xəlilov
“İnter Arena”.