Milli Məclis mərc oyunlarının reklamına məhdudiyyət qoydu

Milli Məclisin bu gün keçirilən iclasında “Reklam haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Newsport.az-ın məlumatına görə, layihə barədə deputat Vahid Əhmədov məlumat verib. 

O bildirib ki, qanun layihəsi 4 fəsil, 39 maddədən ibarətdir. V. Əhmədov Azərbaycanda reklamla bağlı qanunun qəbulundan 17 il keçdiyini xatırladaraq deyib ki, qanunun yenidən hazırlanmasına böyük ehtiyac var.

Deputatın sözlərinə görə, qanun layihəsində yeniliklərdən biri də idman-mərc oyunlarının reklamı üçün vaxt məhdudiyyətinin qoyulması ilə əlaqədardır. Əhalinin, xüsusən gənclərin psixologiyasına təsiri nəzərə alınaraq belə reklamların yayım vaxtı saat 23:00-dən 07:00-dək məhdudlaşdırılıb.  

Qanun layihəsi səsə qoyularaq birinci və ikinci oxunuşda qəbul olunub.(APA)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right