Azərbaycan Premyer Liqasının XXVIII turuna aprelin 5-də start veriləcək.
Newsport.az-ın məlumatına görə, turun bütün oyunları eyni gündə keçiriləcək.
Baş tutacaq 4 qarşılaşmadan biri televiziya vasitəsi ilə canlı yayımlanacaq. Belə ki, 17:00-da Şüvəlanda start götürəcək AZAL - "Qəbələ" qarşılaşması "İdman Azərbaycan" kanalı vasitəsi ilə azarkeşlərə canlı nümayiş etdiriləcək.