İtaliyanın əfsanəvi futbolçuları Filippo İnzagi ilə Kristian Vieri arasında “İnstagram”da maraqlı dialoq yaşanıb. Newsport.az xəbər verir ki, onlar 2003-cü ildə Azərbaycan millisi ilə keçirilən matçı xatırlayıblar.
AVRO-2004 çərçivəsində keçirilən qarşılaşmada baş məşqçi Covanni Trapattoni ilə Vieri arasında yaşanan xoşagəlməz hadisənin təfərrüatını açıqlayıblar.
İnzagi "Vieri ilə hücumda oynayırdıq. Fasilədə Trapattonininməni əvəzləyəcəyini . Bu üzdən ona yaxınlaşıb dedim ki, Vierinin səhhətində problem var” –deyə, bildirib.
Matçın 55-ci dəqiqəsində əvəzlənən Vieri isə hirsindən Trapattoniyə su şüşəsini atdığını bildirib: "Məşqçiyə əsəbləşdim və ona "niyə məni əvəzlədin" sualını verdim. O isə "Bobo, Pippo mənə bildirdi ki, sən xəstələnmisən" dedi.
Vierinin bu sözlərinə gülən İnzagi "həmin gün 2 qol vurdum" söyləyib.
Qeyd edək ki, İtaliyanın millimiz üzərində 4:0 hesablı qələbə qazandığı həmin qarşılaşmada Filippo İnzagi dubl edibsə, Kristian Vieri və Marko Di Vayo hərəyə bir dəfə fərqlənib.