Xorvatiyanın "Hayduk" klubu və yığma komandamızın futbolçusu Ruslan Qurbanov Xorvatiya mətbuatına danışıb.
Newsport.az-ın məlumatına görə, xorvatiyalı həmkarlarımıza açıqlama verən gənc futbolçu öncə millidəki atmosferdən danışıb: "Azərbaycan millisində fantastik ab-hava var. Bunu Malta ilə oyunda da hiss etdim"."
Millimizin sabiq çalışıdırıcısı Berti Foqtsla Robert Prosineçkini müqayisə edən Qurbanov xorvatiyalı mütəxəssis tərifləyib: "Seçmə mərhələyə pis başladıq. Prosineçkinin gəlişindən sonra ilk oyun Maltaya qarşı idi və biz onun debütünün uğurlu olmasına çalışmalıydıq. Nəticədən hamımız razı qaldıq. Hər şey əla idi. Prosineçki Foqtsdan fərqli olaraq, hücum futbolunun tərəfdarıdı. Onun bu dəyişikliyi hamı tərəfindən yaxşı qarşılandı".
Qurbanov fikirlərini bu cür yekunlaşdırıb: "Matçdan sonra baş məşqçi məni təbrik etdi. Çıxışımdan razı qaldığını dedi. Bir də məni izlədiyini, “Hayduk”da daha yaxşı oyun göstərməli olduğumu əlavə etdi. Prosineçki futbolçularla çox ünsiyyət qurur. Bu, müsbət haldı".
Cari seçmə mərhələdə sona qədər mübarizə aparacaqlarını vurğulayan futbolçu hələ heç nəyin bitməyini söyləyib: "Seçmə mərhələnin əvvəlində məqsəd qrupda 3-cü yeri tutmaq və pley-offa yüksəlmək idi. Ancaq uğursuz start etdik, ardıcıl 4 oyunda məğlub olduq. Bu gedişatdan sonra Maltaya qalib gəlmək bizim üçün böyük önəm daşıyırdı. Sona qədər mübarizə aparacağıq. Hələ heç nə bitməyib. Amma indidən oyunumuzu inkişaf etdirib, növbəti seçmə mərhələyə daha hazırlıqlı olmalıyıq".