"Oyun gərgin keçdi. Bu tip görüşlərdə 1 qol həlledici olur. Əsasən də, hər iki komanda müdafiədə diqqətli oynayır. Hesab edirəm ki, komandalar müdafiədə diqqətli olub, rəqibin səhvindən yararlanmağa çalışırlar".
Newsport.az-ın məlumatına görə, bu sözləri "İnter"in baş məşqçisi Kaxaber Sxadadze Azərbaycan Premyer Liqasının 27-ci turunda "Qarabağ"la qolsuz bərabərə qaldıqları matçdan sonra deyib.
O qeyd edib ki, qol olmasa da, keyfiyyətli oyun alınıb:
"Heç-heçə ədalətli nəticədir. Düşünürəm ki, bu qarşılaşmanı unutmalı və “Xəzər Lənkəran”la vacib matça hazırlaşmalıyıq”.