"Bu, bizim üçün sürpriz oldu" – Qurban Qurbanov

“Nəticə normal oldu. Yaxşı komandaya qarşı oynadıq. “İnter”in belə oynaması bizim üçün sürpriz oldu. Çünki mən 5 müdafiəçi ilə oynayacaqlarını gözləyirdim".

Newsport.az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 27-ci turunda "İnter"lə qolsuz bərabərə qaldıqları oyundan sonra deyib.

O bildirib ki, "İnter"ə qarşı matç pis alınmayıb:

"Hər iki komanda intizamlı futbol sərgilədi. Müəyyən boşluqlar vardı ki, bunu normal qarşılamaq lazımdır. “İnter”ə uğurlar arzu edirəm. Bu komandaya qarşı görüşlər mənim üçün həmişə xoş olub”. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right