"Çətin oyun oldu. Bacardığımız qədər müqavimət göstərdik"
Bu sözləri Newsport.az-a açıqlamasında "Bakı"nın legioneri Georgias Pelagias deyib.
Paytaxt klubunun müdafiəçisi "Neftçi"yə 0:2 hesablı məğlubiyyətdə təəccüblənəcək bir şey olmadığını söyləyib:
"Bütün Azərbaycan "Bakı"nın problemlərini bilir. Günümüz çətinlik içindədi. Bu da komandaya pis təsir edir. Gördüz, oyunumuz getmədi. Çox söz deyə bilməyəcəm. Problemlər məlumdu. Ancaq mən bunu şişirtmək istəmirəm".