"Xəzər Lənkəran"a legionerlərindən zərbə

Premyer Liqanın 28-ci turu çərçivəsində səfərdə "İnter"lə qarşılaşacaq "Xəzər Lənkəran" bu oyuna ciddi itkilərlə çıxacaq.

Bu barədə Newsport.az-a Cənub komandasının baş məşqçisi Elbrus Məmmədov məlumat verib. Belə ki, "bankirlər"lə aprelin 5-də keçiriləcək oyunda Sadio Tounkara və Alfred Sanko komandaya kömək edə bilməyəcəklər. Hər iki futbolçu bu gün "Sumqayıt"la oyunda sarı vərəqə almaqla cəzalı duruma düşüblər. Mövsümdə 4-cü sarı vərəqə alan hər iki legioner səfər matçını tribunadan izləməli olacaqlar. 

Qeyd edək ki, "Xəzər Lənkəran" "Sumqayıt"ı 3:2 hesabı ilə məğlub edib. 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right