Prosineçkili milli komandamız FİFA reytinqində 24 pillə irəliləyəcək

FİFA-nın yeni reytinq cədvəli aprelin 9-da rəsmən açıqlanacaq.

Newsport.az-ın məlumatına görə, AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Maltanı məğlub edən Prosineçkili milli aprel ayının reytinqinə əsasən 24 pillə irəliləyəcək. 

Xalını 264-ə yüksəldən milli komandamız yeni reytinq cədvəlində 115-ci pillədə yer alacaq.

Qeyd edək ki, millimiz ötən ay 198 xalla 139-cu pillədə qərarlaşmışdı.

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right