"Bakı"nın baş məşqçisi İbrahim Uzunca Azərbaycan Premyer Liqasının 27-ci turunda "Neftçi"yə uduzduqları matçdan (0:2) sonra fikirlərini bildirib.
Newsport.az-ın məlumatına görə, o, təcrübəli komandanın qələbə qazandığını deyib:
"Heyətimizdə gənc oyunçular çoxdur. Düşünürəm ki, futbolçularda müəyyən yorğunluq var. Digər tərəfdən oyunçularım əllərindən gələni edirlər".
İ.Uzuncanın sözlərinə görə, növbəti illərdə "Bakı"da hər şey daha yaxşı olacaq:
"Unutmayaq ki, futbolçular belə qazanılır. Əvəz olunan futbolçuların etirazına gəldikdə, bunu normal qarşılamaq lazımdır. Hansı oyunçu meydançadan çıxarıldığı zaman bununla razılaşır? Belə hallar futbolun qaydasıdır”.