"Çətin və gərgin oyun alındı. Matçın 1-ci dəqiqəsindən sonuncu dəqiqəsinə qədər hesabın dəyişmə təhlükəsi var idi".
bu sözləri "Simurq"un baş məşqçisi Georgi Çixradze Premyer Liqanın 27-ci turunda AZAL-a qalib gəldikləri matçdan (1:0) sonra keçirilən mətbuat konfransında deyib.
Gürcüstanlı mütəxəssis futbolçularının bu oyunun mahiyyətini yaxşı dərk etdiyini bildirib: "Oyunçularım bu görüşün mahiyyətini dərk edirdilər. Çünki qazanılacaq qələbə bizi turnir cədvəlinin 4-cü pilləsinə yüksəldəcəkdi. Çempionatın sonuna qədər bu pilləni qorumalıyıq ki, Avropa Liqasına yollanaq”.