"Günah məndədir" – Tərlan Əhmədov

"Hər iki komandanın ifasında mübarizəli oyun keçdi. Futbolçulara demişdim ki, bu tip oyunlarda görüşün taleyini bir səhv həll edir. Rəqib şanslarından daha yaxşı yararlandı". 

Bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 27-ci turunda məğlub olduqları "Simurq"la oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.

T.Əhmədov komandasının məğlubiyyətində özünü günahlandırıb: "Biz penaltini dəqiq yerinə yetirsəydik, hər şey fərqli ola bilərdi. Məğlubiyyətə görə günah məndədir. Yəqin ki, komandanı oyuna yaxşı kökləyə bilməmişəm. 

Futbolçuların mübarizəsindən razıyam. Bizim hələ ki, şansımız var. Çətin oyunlardan qalib ayrılıb, məqsədə çata bilərik. Oyunda verilən penalti qərarlarına gəlincə, bu barədə geniş danışmaq istəmirəm. Epizoda daha yaxın olan şəxs hakimdir. Onun işinə isə müvafiq qurumlar qiymət verir”. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right