Lorenso Frutos: "Azərbaycanda özümü çox rahat hiss edirəm"

“Keşlə”nin futbolçusu Lorenso Frutos "Tigo Sports"a açıqlama verib.

 

Newsport.az xəbər verir ki, 30 yaşlı hücumçu Azərbaycanda koronavirusla bağlı yaranmış vəziyyətdən danışıb:

 

“Burada hər şey dayandırılıb, obyektlər bağlanıb. Çempionat və təlim-məşq toplanışları da dayanıb. Tək deyilik, bunların öhdəsindən gəlməyə çalışırıq. Komandama kömək etmək üçün əlimdən gələni edirəm. Avropa Liqası zonasındayıq. Azərbaycanda özümü çox rahat hiss edirəm”.

 

Frutos ötən yay "Keşlə"yə keçib. Paraqvaylı futbolçu Premyer Liqada 17 oyun keçirib və 6 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right