Bu gün Azərbaycan Premyer Liqasında 27-ci tura yekun vurulub.
Newsport.az-ın məlumatına görə, son oyun günündə "Qarabağ" və "İnter" üz-üzə gəlib.
Çempionluq uğrunda mübarizə aparan komandaların dueli maraqla gözlənilirdi. Lider "Qarabağ" turnir cədvəlində ən yaxın izləyicisi olan "İnter"i məğlub edəcəyi təqdirdə xal fərqini 12-yə yüksəldəcəkdi.
"Bakcell Arena"da keçirilən oyunda qalib müəyyənləşməyib - 0:0.
2 aprel
Azərbaycan Premyer Liqası, 27-ci tur
18:00. “Qarabağ” – “İnter” - 0:0
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Vaqif Musayev, Nahid Əliyev
"Bakcell Arena"
1 aprel
“Xəzər Lənkəran” – “Sumqayıt” - 3:2
Qollar: Slavik Alxasov, 10 (0:1), Rasim Ramaldanov, 30 (1:1), Ruslan Poladov-avtoqol,63 (2:1), Aleksandr Çertoqanov, 69 (2:2), Adrian Skarlatake, 87 (3:2)
Hakimlər: Elvin Əsgərov, Knyaz Əmiraslanov, Akif Əmirəli, Etibar Həsənov
“Xəzər Lənkəran” mərkəzi stadionu
“Neftçi” – “Bakı” - 2:0
Qol:Nikolas Kanales, 42 (1:0), Julius Vobay, 65 (2:0)
Hakimlər: Xəlil Xəlilov, Mehman Mahmudov, Yaşar Abbasov, Coşqun Həsənov
“Bakcell Arena”
“Simurq” – AZAL - 1:0
Qol: Draqan Çeran, 37-pen (1:0)
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Vüqar Bayramov, Ramil Diniyev
Zaqatala şəhər stadionu