Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov "Xəzər TV"də yayımlanan populyar "Futbol Saatı" verilişinin qonağı olub.
Newsport.az-ın məlumatına görə, R.Sadıqov verilişin ikinci hissəsində Böyükağa Hacıyevin millinin oyunu ilə bağlı açıqlamasına sərt reaksiya verib.
Təcrübəli futbolçu Böyükağa Hacıyevlə yanaşı, "Qarabağ" haqda tənqidi fikirlər söyləyən digər mütəxəssislərin də ünvanına sərt açıqlamalar səsləndirib.