Elnur Məmmədova yeni vəzifə verildi

Bu gün “Neftçi” PFK-ın nəzdində yaradılan Müşahidə Şurasının qərarına əsasən, klubda prezident və vitse-prezident vəzifəsi ləğv olunub.

Newsport.az-ın məlumatına görə, şuranın qərarı ilə icraçı direktor vəzifəsi təsis olunub. Bu vəzifəyə “Neftçi”nin vitse-prezidenti olmuş Elnur Məmmədov təyin edilib.
 
Müşahidə Şurasının tapşırığına əsasən, icraçı-direktor klubun yeni strukturunu bir ay müddətinə hazırlamalı və təsdiq üçün təqdim etməlidi.

Bundan əlavə, ilk olaraq klubun məhdud məsuliyyətli cəmiyyətdən açıq səhmdar cəmiyyətinə keçidi və səhmlərin buraxılaraq ictimaiyyətə təqdim olunması nəzərdə tutulub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right