"Simurq" "AZAL"la oyuna hazırlıqları tamamlamaq üzrədir

Topaz Premyer Liqasının 27-ci turunda doğma arenada "AZAL"la qarşılaşacaq "Simurq", tam heyətlə hazırlıqları davam etdirir. Bu gün növbəti məşqinə çıxan "Simurq", xüsusən taktiki ağırlıqlı tapşırıqları yerinə yetirib. 
 
Newsport.az-ın məlumatına görə, Zaqatala təmsilçisi sabah son çalışmalarını yerinə yetirəcək. Bundan sonra isə istirahətə çəkilərək, görüşün başlama vaxtını gözləyəcək.  
 
Qeyd edək ki, "Simurq" - "AZAL" oyunu aprelin 1-də saat 15:00-da start götürəcək. Qarşılaşma "İdman Azərbaycan" kanalından canlı yayımlanacaq. 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right