AFFA AZAL-ın şikayətini rədd etdi

Bu gün AFFA-nın Apellyasiya və Ekspert Komitəsinin iclası keçirilib.
 


Newsport.az-ın məlumatına görə, iclasda AZAL-ın futbolçusu  Rəşad Abdullayev barədə müraciətə baxılıb. Müzakirələrdən sonra  qəbul edilən qərara əsasən, AZAL-ın müraciəti təmin olunmayıb. AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılıb.

Xatırladaq ki, R.Abdullayev Azərbaycan Premyer Liqasının 25-ci turunda  "Bakı"ya qarşı matçda rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right