Millimiz Serbiya ilə qarşılaşa bilər

"Avro-2016"nın seçmə mərhələsində iyunun 12-də səfərdə Norveçin qonağı olacaq Azərbaycan milli komandası bu oyundan öncə yoldaşlıq görüşündə qüvvəsini sınamağı planlaşdırır. 

Newsport.az-ın məlumatına görə, bu məqsədlə AFFA Serbiya Futbol Federasiyası ilə danışıq aparır. 

Bu barədə xəbəri  qurumun rəsmi saytı yayıb. Danışıqlar müsbət nəticələnəcəyi təqdirdə Azərbaycan – Serbiya yoldaşlıq oyunu millimizin təlim-məşq toplanışında olacağı Avstriyada keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right