Millimiz qrupda sonuncu oldu

16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Portuqaliyanın Portu şəhərində təşkil olunmuş beynəlxalq turnirdə son oyununu keçirib.

Newsport.az-ın məlumatına görə, yığmamız Portu region yığması ilə qarşılaşıb.

Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Yığmamıza 1 xal qazandıran qolu Fərid Nəbiyev vurub. İlk görüşdə Portuqaliyaya 0:5, daha sonra Rusiyaya 0:1 hesabı ilə uduzan millimiz qrupda sonuncu olub.

Qeyd edək ki, Rusiyanı 2:1 hesabı ilə məğlub edən Portuqaliya yığması turnirin qalibi adını qazanıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right