Hakimlərimizə beynəlxalq təyinat

Qadın hakimlərimiz beynəlxalq turnirə dəvət olunub.

Newsport.az xəbər verir ki, FİFA referisi Yuliya Qurbanova və referi köməkçisi Sevda Nuriyeva Gürcüstan Futbol Federasiyasının dəvətinə əsasən, 19 yaşadək qızlardan ibarət milli komandalar arasında təşkil olunacaq beynəlxalq turnirin oyunlarını idarə edəcəklər.

Gürcüstan, Belarus, Estoniya və Ukrayna komandalarının iştirak edəcəyi turnirin oyunları 21-26 aprel tarixlərində keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right