Maykl Essyendən Aftandil Hacıyevə üzücü xəbər

Premyer Liqanın 19-cu turunda “Neftçi” ilə qarşılaşmada zədələnən “Səbail”in ulduz futbolçusu Maykl Essyenin durumuna aydınlıq gəlib.

 

Newsport.az xəbər verir ki, 37 yaşlı qanalı yarımmüdafiəçi 2 həftə yaşıl meydanlardan kənar qalacaq.

 

Essyen bu mövsüm Premyer Liqada 10 oyun keçirib. Təcrübəli futbolçu qış fasiləsindən sonra əsas heyətdə meydana çıxırdı.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right