Premyer Liqanın XXVII turu çərçivəsində aprelin 1-də “Sumqayıt”ı doğma şəhərdə qəbul edəcək “Xəzər Lənkəran” hazırlıqlarını davam etdirir.
Newsport.az-ın məlumatına görə, komanda dünən bir dəfə məşq edib.
Saat 17:00-da start götürən hazırlıq prossesi isinmə hərəkətləri ilə başlayıb. Bir saatdan çox sürən məşq toplu çalışmalar və taktiki hazırlıqdan ibarət olub. Zədəsini sağaldan Ruslan Cəfərov da komanda ilə birgə çalışıb. Milli komandaların düşərgəsində olan futbolçular bu gün Lənkərana gələrək komandaya qoşulacaqlar. (12cioyuncu.info)