"Abdullah Avcı AFFA-dan təklif almışdı"

Abdullah Avcının ”Başakşəhər”də çalışarkən köməkçisi olmuş Sərhat Gülpınar Türkiyə mətbuatına açıqlama verib. Newsport.az xəbər verir ki, o, təcrübəli mütəxəssisin AFFA-dan təklif aldığını təsdiqləyib:

“Abdullah Avcı ilə “Beşiktaş”dan ayrılandan sonra görüşmüşdük. O, mövsümün sonuna qədər istirahət emtək istəyir. Avcı Azərbaycan milli komandasını çalışdırmaq üçün AFFA-dan təklif almışdı. Ancaq dediyim səbədən danışıqlar uğursuz nəticələndi”.

Qeyd edək ki, 53 yaşlı mütəxəssis mövsümə "Beşiktaş”da başlasa da, uğursuz gedişatın ardından istefaya yollanmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right