"Komandanın qalib gəlməsinə baxmayaraq çətin oyun oldu. Bu, baş məşqçi Robert Prosineçki və onun yeni komandası üçün ilk rəsmi oyun idi".
Newsport.az-ın məlumatına görə, bu sözləri AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərə açıqlamasında deyib. Millimizin Malta ilə oyununu dəyərləndirən baş katib komandamızın sonadək mübarizə apardığını bildirib:
"Şaxtyor"la yoldaşlıq görüşündə futbolçuların 30 faizi komandanın düşərgəsində deyildi. Ona görə də yeni komanda üçün seçmə mərhələnin ilk oyunu bir qədər riskli idi. Malta ilə matçda yeni komanda, yeni oyun üslubu gördük. Komanda yeni sistem üzrə oynayır. Matçın 3-cü dəqiqəsində hesabı açdıq. Oyunun sonlarında isə daha bir qol vurmaqla komanda sonadək mübarizə apardığını nümayiş etdirdi".
Öz meydanında Malta ilə qarşılaşan Azərbaycan millisi inamlı qələbə qazanıb - 2:0.