Bosniya və Herseqovina çempionatının 20-ci turunun oyunları keçirilib.
Newsport.az xəbər verir ki, millimizin sabiq üzvü Elvin Yunuszadənin çıxış etdiyi "Çelik" komandası evdə "Zrinski"ni qəbul edib. Komanda görüşdən 0:2 hesabı ilə məğlub ayrılıb. Elvin qarşılaşmada çıxış etməyib. Onun adı matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Çelik" 12 komanda arasında turnir cədvəlində 11-ci pillədədir.