Beyl infeksiyaya yoluxdu Evə göndərildi

"Real"ın futbolçusu Qaret Beyl mədə infeksiyasına görə komandanın məşqini tərk edib.

Newsport.az İspaniya mətbuatına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Zinəddin Zidan virusun digər oyunçular arasında yayılmaması üçün uelsli oyunçunu evə göndərib.

Eyni səbəbdən Loka Yoviç də komandanın məşqini buraxıb. Onların La Liqada fevralın 22-i "Levante"yə qarşı keçiriləcək matçda iştirak edib-etməyəcəyi məlum deyil.

 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right