“Qarabağ” “Real"la ayaqlaşır, "Bavariya" və "Yuventus" onlara həsəd aparır

Avropanın aparıcı çempionatlarında məğlub olmayan yeganə komanda “Liverpul”dur.

Newsport.az-ın məlumatına görə, Premyer Liqanın lideri çempionatda keçirdiyi 26 oyunda 25 qələbə qazanıb və bir heç-heçə edib.

İspaniya La Liqasına başçılıq edən “Real” 24 görüşdə cəmi bir dəfə məğlub olub. Madrid təmsilçisi 15 qələbə qazanıbsa, 8 matçda meydandan “sülh”lə ayrılıb.

Bundesliqa birincisi “Bavariya” cari mövsümdə çempionatda 22 görüşə çıxıb. Münhen təmsilçisi bu oyunların 4-də meydanı xalsız tərk edib. A Seriyasının qalibi “Yuventus” 24 qarşılaşmada 3 məğlubiyyət alıb.

Azərbaycan çempionatının lideri “Qarabağ” isə hələlik “Real"la eyni performansı göstərir. Son ölkə çempionu geridə qalan 17 qarşılaşmada cəmi bir dəfə məğlub olub.

Ağdam klubu 16 oyunun 5-dən meydanı bir xalla tərk etsə də, 11 qarşılaşmadan qələbə ilə ayrıla bilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right