Millimiz Maltanı məğlub etdi YENİLƏNİB

Bu gün “Avro-2016”nın  seçmə mərhələsinin H qrupunda V turun oyunları keçiriləcək.

Newsport.az-ın məlumatına görə,  Azərbaycan milli komandası da növbəti matçına çıxacaq. 
 
Robert Prosineçkinin rəhbərlik etdiyi yığmamız doğma medyanda Malta ilə qarşılaşacaq. Bu matç xorvatiyalı mütəxəssis üçün millimizdə ilk rəsmi oyun olacaq.

Turnir cədvəlinin sonunca pilləsində qərarlaşan komandamız seçmə mərhələdə keçirdiyi  dörd qarşılaşmada xala həsrət qalıb. Millimiz qrupun autsayderlərindən olan Malta ilə görüşdə üç xal qazanmağa çalışacaq. Qələbə sayəsində yığmamız sonuncu pillədən qurtula bilər.
 
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:00-da başlayacaq.


28 mart

“Avro-2016”nın seçmə mərhələsi

H qrupu

21:00. Azərbaycan – Malta 2:0

Qol: Cavid Hüseynov, 3, Nazarov,  90+1

Hakimlər: Halis Özkahya, Cem Satman, Ekrem Kan
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right