"Fəridin performansını nəzərə aldıq" "Slaviya" rəsmisi

“Slaviya”nın (Praqa) idman direktoru Jiri Bilek U21 millimizin üzvünün “Viktoria”ya (Jijkov) keçməsindən danışıb. Newsport.az xəbər verir ki, klub rəsmisi bu transferin hər iki tərəf üçün də uğurlu olduğunu bildirib:

“Fəridin yaşını və performansını nəzərə alaraq bu qərarı verdik. Məncə, Nəbiyevin “Viktoria”ya keçməsini həm klub, həm də özü üçün uğurlu hesab etmək olar”.

Millimizin üzvü “Slaviya”nın gənclərdən ibarət komandasında çıxış edirdi. O, yanvarda Çexiya ikinci liqa təmsilçisi “Viktoria”ya transfer olundu.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right