"Qarabağ" millimizi məğlub etdi

Azərbaycan Premyer Liqasının 27-ci turunda evdə "İnter"lə qarşılaşacaq "Qarabağ" klubu bu gün yoxlama oyununda qüvvəsini sınayıb. 

Newsport.az-ın məlumatına görə, Ağdam təmsiçisi Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığması ilə üz-üzə gəlib.

"Bakı" klubunun bazasında keçirilən oyun "Qarabağ"ın minimal hesablı qələbəsi ilə başa çatıb - 3:2.

Qeyd edək ki, 9 futbolçu hazırda öz milli komandalarının düşərgələrində olduğundan onlar bugünkü oyunda  iştirak etməyiblər.






26 mart

Yoxlama oyunu

"Qarabağ" - Azərbaycan U-21 -3:2 
Qollar:
 Seymur Əsədov, 8 (0:1), Dani Quintana, 12 (1:1), İlqar Qurbanov, 18 (2:1), Leroy Corc, 67 (3:1), Samir Məsimov, 89 (3:2)





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right