İtalyanlar Dzekoya görə "Qarabağ"ı da xatırladı

İtaliyada Edin Dzekonun kapitanı olduğu "Roma"da vurduğu 100-cü qol müzakirə olunur. Newsport.az xəbər verir ki, təcrübəli bosniyalı hcüumçunun "Sassuolo" ilə A Seriyası matçında fərqlənməsi haqda danışarkən "Qarabağ" da xatırlanıb.

Belə ki, Eddinin qollardan birini məhz “köhlən atlar”a vurub. Ucaboyli hücumçu hazırkı klubunda ən çox avrokuboklarda Çexiya "Viktoriya"sını məyus edib - 6 dəfə. 

"Qarabağ" Dzekonun bir dəfədən çox olmayaraq vurduğu 10 klubdan biri oldular. Digərləri İtaliyada "Breşiya", "Kalyari", "Çezena, "Karpi", "Leççe", SPAL, ondan kənarda "Bayer", "Volfsburq" (hər ikisi Almaniya) və "Şaxtyor"du (Ukrayna). 

Xatırladaq ki, Edinin 2017-ci ilin sentyabrın 27-də Çempionlar Liqasının qrup mərhələsinin II turunda "Qarabağ"la Bakı Olimpiya Stadionundakı matçın 15-ci dəqiqəsində vurduğu qol qələbə topu olub. - 2:1. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right