“Ermənistanı udsalar, Aqolliyə də, Teliyə də mükafat verəcəm” – Qurban Qurbanov

“Əgər Albaniya millisi Ermənistana qalib gəlsə, Ansi Aqolliyə mükafat verəcəm”. 

Newsport.az-a açıqlamasında bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Ağdam klubunun müdafiəçisi Ansi Aqolli şərəfini qoruduğu Albaniya millisinin heyətində martın 29-da Ermənistan yığmasına qarşı öz meydanlarında “Avro-2016”nın rəsmi oyununa çıxacaq.

Qurban Qurbanov deyib ki, Albaniya qalib gəlsə, təkcə Aqolli deyil, həmin ölkənin millisinin sabiq müdafiəçisi, hazırda “Qarabağ”ın şərəfini qoruyan Admir Teliyə də klub adından mükafat veriləcək.  





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right