Ermənilərin klubu Rusiya çempionatından kənarlaşdırıldı

Rusiya Futbol Federasiyasının İcraiyyə Komitəsinin bürosu ermənilərin Moskvada yaratdığı "Ararat" klubunu Peşəkar Futbol Liqasından uzaqlaşdırıb.

 

Newsport.az xəbər verir ki, lisenziyalaşdırma üzrə komissiya "Ararat"ın lisenziyasını geri çağırıb.

 

"Ararat" PFL-in II Divizionunun mərkəzi zonasında 17 oyundan sonra topladığı 23 xalla 8-ci yerdə idi.

 

Komanda 2017-ci ildə Moskvadakı erməni gənclər birliyinin dəstəyi ilə yaradılıb. "Ararat" ötən mövsüm mərkəzi liqada çempion olsa da, I Diviziona vəsiqə qazanmayıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right