"Neftçi" “Qarabağ”la oyuna tam heyətlə hazırlaşır

"Neftçi” Premyer Liqanın 16-cı turunda qarşılaşacağı "Qarabağ”la oyunun hazırlığını davam etdirir.

Newsport.az klubun saytına istinadən komanda üzvləri ötən gün "Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Bütün futbolçuların qatıldığı məşqdə fiziki təmrinlər və toplu çalışmalar yerinə yetirilib. Hazırlıq bu gün bir məşqlə davam edəcək.

Qeyd edək ki, fevralın 8-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ” – "Neftçi” matçı saat 20:00-da başlanacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right