"Klubumdan məmnunam" "Qarabağ"ın istədiyi futbolçu

“Ray Valyekano”nun yarımmüdafiəçisi Coni Montiel İspaniya mətbuatına müsahibə verib. Newsport.az xəbər verir ki, bir müddət adı “Qarabağ”la hallanan 21 yaşlı futbolçu komandasında xoşbəxt olduğunu bildirib:

“Mən hər zaman səbrli olmuşam. Çox çalışıb öz vaxtımı gözləyirəm. Bəzi şeylərin həyata keçməsi üçün zamana ehtiyac var. Hazırda klubumdan məmnunam. Təbii ki, davamlı oynamaq və əsas heyətə düşmək istəyirəm. Burada yüksəlmək üçün hər şeyi edəcəm.

Məncə, gənc oyunçulara şans verilməlidir. Əgər siz davamlı meydana çıxacağınızı bilsəniz, daha da hazır olarsınız. Ancaq yenə də çox çalışıb, formanı qazanmalıyıq”.

Qeyd edək ki, Coni Montiel Sequndanın son turunda "Mirandes"ə qarşı görüşdə iştirak edib. O, matçın 80-ci dəqiqəsində meydana daxil olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right