"Kayserispor"dan ayrılan Emmanuel Adebayor Azərbaycan və Qazaxıstan klublarına təklif edilib.
Newsport.az xəbər verir ki, 36 yaşlı hücumçuya Türkiyənin I Liqasında mübarizə aparan klublar da maraq göstərir.
Adebayorun müqavilə şərtlərini Azərbaycandakı klubların qarşılamayacağını nəzərə alsaq, bu keçidin reallaşacağı inandırıcı görünmür. Toqo millisinin sabiq üzvünün Qazaxıstana gedib-getməyəcəyi isə yaxın zamanlarda bilinəcək.
Təcrübəli hücumçu "Mets", "Monako", "Arsenal", "Real", "Tottenhem", "Kristal Pelas", "Başakşəhər", "Kayserispor" kimi klublarda oynayıb.