"Qarabağ" buna görə Daninin klubdan ayrılmağına icazə verdi"

Polşa mətbuatı Dani Kintananın "Qarabağ"dan ayrılaraq Çinin "Çendu Better Siti" klubuna keçidini şərh edib.

Newsport.az xəbər verir ki, yerli KİV bunu Ağdam klubunun Azərbaycan çempionatındakı hegemonluğu və Avropa Liqasında qrupdan çıxa bilməməsi ilə əlaqələndirib:

"Qarabağ" ispan oyunçunun klubdan ayrılmağına icazə verdi. Çünki onların ölkə çempionatında üstünlüyü danılmazdır. Komanda ən yaxın izləyicisini 8 xal qabaqlayır. Avropa Liqasında isə pley-off-a yüksələ bilmədilər. Hər halda, oyunçunun müqaviləsi iyunun sonunda başa çatırdı.

Kintana "Yaqelloniya"da bir il yarımdan çox oynadığına görə onu Polşada yaxşı xatırlayırlar. O, 2014-cü ilin sentyabrında bu klubu tərk edərək Səudiyyə Ərəbistanın "Al-Ahli komandasına qoşulmuşdu".





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right