Dünyanın ən yaxşı məşqçilərinin reytinq siyahısı açıqlanıb.
Newsport.az xəbər verir ki, cədvəldə planetin ən yaxşı 1000 futbol mütəxəssisi yer alıb.
Siyahının lideri dəyişib. “Liverpul”un alman məşqçisi Yurgen Klopp 16 min 14 xalla 1-ci yerə yüksəlib.
Azərbaycan siyahıda bir məşqçi ilə təmsil olunub. “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanov 1054 xalla dünyanın 578-cisidir. 48 yaşlı mütəxəssis ötən siyahı ilə müqayisədə xal hesabını artırmasa da, 1 pillə irəliləyib.