Azərbaycan - Malta matçı xarici telekanallarının diqqət mərkəzində: Oyunu yayımlayacaq TV-lər

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Malta ilə qarşılaşacaq Azərbaycan milli komandasının bu oyunu bir neçə kanalda canlı yayımlanacaq.

Newsport.az-ın məlumatına görə, Tofiq Bəhrəmov adına Respublika stadionunda baş tutacaq oyunu ölkəmizdə İctimai TV canlı yayımlayacaq. 

Rusiyanın "Сетанта Спорт+" kanalı da qarşılaşmanı canlı yayımla azarkeşlərinə təqdim edəcək.

Bundan başqa Rusiyanın digər telekanalı - SPORT da Azərbaycan - Malta matçını azarkeşlərinə təqdim edəcək. Ancaq kanal 21:00-da başlayacaq matçı axşam Bakı vaxtı ilə saat 01:40-da videoyazı şəkilində azarkeşlərinə nümayiş etdirəcək. 





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right