Baqali Dabodan 20-ci qol

Baqali Dabo “Neftçi”nin heyətində 20-ci qolunu vurub. Newsport.az xəbər verir ki, bu, Azərbaycan Premyer Liqasının XV turunun “Sumqayıt”la ev oyununa (1:1) təsadüf edib.

Paytaxt təmsilçisində ikinci mövsümünü keçirən Baqali “20”yə 44-cü matçında çatıb. Onun orta məhsuldarlığı 0,45-ə bərabərdir. Dabo ötən mövsüm 30 oyunda 16, cari mövsümdə 14 matçda 4 dəfə rəqib qapısına yol tapıb.

Premyer Liqada 36 qarşılaşmada 18 dəfə fərqlənən forvard 4 avrokubok matçında 2 dəfə qol sevinci yaşayıbsa, 4 kubok oyununda hesabını aça bilməyib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right