Emil Balayevə yol göründü – Yenə Azərbaycan klubu

«Tobol»dan ayrılan Emil Balayev yenidən Azərbaycana qayıda bilər.

Newsport.az-ın məlumatına görə, millinin qapıçısının xarici klublarla apardığı danışıqlar hələlik bir nəticə verməyib.

Türkiyə, Rusiya, Polşa, Belçika və Portuqaliya komandalarının maraq dairəsinə düşən «əlcək sahibi» müqavilə şərtlərində çətinliklə üzləşib. Belə ki, Qazaxıstan təmsilçisindən sərbəst agent statusuyla ayrılan kiperə heç kim yüksək əməkhaqqı ödəmək istəmir.

Bu üzdən Balayevin qarşıdakı 4 ayı Azərbaycanda keçirməkdən savayı yolu qalmayıb. Ola bilsin, bugünlərdə hardansa xoş xəbər alsın və yenidən legioner həyatı yaşasın.

Lakin bu gün üçün belə bir real dəvəti yoxdur. Menecerlər Emili 2 yerli kluba təklif edir. O, yetirməsi olduğu «Neftçi»dən daha çox, «Sabah»a can atır.

Bu da başadüşüləndir. «Ağ-qaralar»ın qapısını Səlahət Ağayev qoruyur. Balayev həmkarını millinin əsas heyətindən sıxışdırıb çıxara bilib.

Yığmanın son 3 rəsmi oyununda «1 nömrə» olan Emil bilir ki, nə qədər güclü təsir bağışlasa da, Səlahəti «Neftçi»də ehtiyata göndərməsi çətin məsələdir.

Çünki paytaxt təmsilçisi Ağayevə aylıq 27 min manat ödəyir və rəhbərlik məhz bundan dolayı Balayevi geri qaytarmağa ehtiyatlanır.

Hər ay o qədər pul alan qapıçı ehtiyata göndərilsə, SOCAR «Neftçi» rəsmilərinə bu sualı verər: «Xeyir ola, Səlahətə bir elə maaş yazmısız?».

Və bundan sonra araşdırma başlanacaq. Onsuz da, neft şirkətində klub rəsmilərinin «transfer bazarlığı»ndan nəvaxtdır şübhələnirlər.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right