Bu gündən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına başlayan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.
Newsport.az-ın məlumatına görə, "Qəbələ" klubundan toplanışa dəvət olunmuş Sənan Qərimov səhhəti ilə əlaqədar Antalyaya yollanan heyətdən çıxarılıb.