Millimizin sabiq futbolçusu dünyasını dəyişdi 51 yaşında

Milli komandamızın sabiq üzvü Lev Mayorov dünən qəflətən dünyasını dəyişib.

Newsport.az-ın məlumatına görə, bu haqda 51 yaşlı veteran futbolçunun 1992-2005-ci illərdə formasını geyindiyi "Çernomorets" klubunun rəsmi saytı məlumat yayıb. Keçmiş yarımmüdafiəçi 2012-2020-ci illərdə isə Novorossiysk təmsilçisinin məşqçilər korpusunda yer alıb. Ölümün səbəbləri barədə hələlik məlumat verilmir.

1969-cu ilin oktyabrın 13-də Bakıda doğulan Mayorov “Neftçi”nin yetirməsi olub. O, bir müddət "Bakılı" və "Kəpəz"də də çıxış edib. 1990-cı illərdə millimizdə 2 matç keçirib.

"Çernomorets"in yaydığı başsağlığında Mayorovun ölümündən əvvəl Bakıya səfər etmək istədiyi bildirilib.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right