Azərbaycan Premyer Liqasının 15-ci turunun “Zirə” – “Sabah” matçı (2:0) zamanı maraqlı hadisə baş verib.
Newsport.az-ın məlumatına görə, 78-ci dəqiqədə qonaqların müdafiəçisi Filip İvanoviçin kobud səhvi komandasına baha başa gəlib. Meydan sahiblərinin hücumçusu Riçard Qadze topu ələ keçirərək komandasının ikinci qolunu vurub.
Bu zaman qanalı hücumçu qol sevincini qeyd etməzdən əvvəl rəqibi İvanoviçə yaxınlaşaraq onun boynunu qucaqlayıb və təsəlli verməyə çalışıb.
