AZAL-ın qapıçısı Stanislav Namaşko komandasının indiki durumundan danışıb.
Newsport.az-ın məlumatına görə, o, Moldova mətbuatına açıqlamasında avrokubok şanslarının davam etdiyini söyləyib:
"AZAL-da işlər normaldır. Tədricən hər şey yaxşılaşır. Hazırda bizim avrokuboklara vəsiqə qazanmaq şansımız var. Bunun üçün sonadək mübarizə aparacağıq".