Dmitri Nazarov: "Azərbaycanda mənə inanırlar" MÜSAHİBƏ

Milli komandamızın yarımmüdafiəçisi Dmitri Nazarov Newsport.az-a müsahibə verib:

- Martın 28-də Robert Prosineçkinin rəhbərliyi altında Azərbaycan millisi ilk rəsmi matçına çıxacaq. Qaraşıdan gələn Malta yığması ilə oyunun hazırlıqları necə gedir?

- Klubumun Almaniya 2-ci liqasındakı oyunu ilə əlaqədar milli komandanın toplanışına burda olan futbolçuların hamsından gec qoşulmuşam. Qarşıdan gələn Malta milli komandası ilə oyunun hazırlıq prosesində iştirak edən hər bir futbolçuda qələbə istəyi hiss olunur. Mən də hələ Azərbaycan milli komandası ilə hələ qələbə qazanmamışam. Buna görə də əlimdən gələni əsirgəməyəcəm ki, bu oyunda qalib gələk.

- Ümumiyyətlə rəqib haqqında hansı məlumatlara sahibsiniz?

- Dünən qısa olaraq rəqib haqqında baş məşqçi ilə söhbətimiz oldu. Baş məşqçimiz ilə onların son 4 oyunu ilə bağlı müzakirə apardıq. Malta yığmasının bəzi futbolçularını da şəxsən tanıyıram. Amma mənim üçün rəqibin hansı heyətlə gəlməsi və hansı sistemlə oynaması maraqlı deyil. Əsas odur ki, biz öz oyunumuzu oynayaq. Bu vacib oyundur və 3 xal Bakıda qalmalıdır.

- Robert Prosineçkidən dəvət gəlməmişdən öncə bu haqda düşünürdünmü?

- Mən Azərbaycan milli komandası üçün hər zaman əlimdən gələni əsirgəməmişəm. Oynadığım klubda da özümü yaxşı tərəfdən göstərməyə çalışmışam. Prosineçkinin mənə dəvət göndərməsi göstərir ki, Azərbaycanda mənə inanırlar. Mən də öz oyunumla bu inamı doğrultmağa çalışacam.

- Robert Prosineçkinin hücum futboluna üstünlük verdiyini bilirdin?

- Mən Robert Prosineçki haqqında hələ uşaqlıqdan məlumatlara sahibəm. Bilirdim ki, o çox güclü futbolçudur və mənim indi oynadığım mövqedə hücuma meyilli futbol oynayıb.

- Almaniya futboluna bələd olan bir oyunçu kimi necə düşünürsən Emil Balayev “Aytraxt”-da əsas heyətə düşə bilərmi?

- Mən Emil Baleyevlə bir klubda oynamamışam. Bu məsələ ilə bağlı nəsə demək çətin olar. Onunla elə yaxın münasibətim də yoxdur. Sadəcə turnirlərin birində bir-birimizə qarşı oynamışıq. Onların kapitanı Kevin Trappla bir yerdə oynamışıq və bilirəm ki, o çox güclü qapıçıdır. Emil üçün çətin olacaq. Amma Emilin yaxşı potensialı var və uğur qazana bilər.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right