Azərbaycan - Malta oyunu türkiyəli hakimlərə tapşırıldı

Martın 28-də "Avro-2016"nın seçmə mərhələsində keçiriləcək Azərbaycan - Malta matçının hakimləri müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu türkiyəli hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Halis Özkahya olacaq. Ona Cem Satman və Əkrəm Kan köməklik edəcək. Kamal Yılmaz isə dördüncü referi funksiyasını yerinə yetirəcək. 

Qeyd edək ki, martın 28-də keçiriləcək Azərbaycan - Malta oyunu saat 21:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right